
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, Yüksək Liqada günün yeganə matçında “Neftçi” və çempionatın lideri “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Qarşılaşma GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Oyun saat 17:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.