Kanadanın "Edmonton" klubunun xokkeyçisi Kolbi Keyv dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Milli Xokkey Liqası (NHL) təmsilçisinin rəsmi saytı xəbər yayıb.
26 yaşlı idmançının ölümünə intraserebral qanaxma (beyin qanaxması) səbəb olub.
Xokkeyçinin beynində qanaxma aprelin 6-da başlayıb və o, dərhal Torontodakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək olmayıb.
Qeyd edək ki, Kolbi Keyv 2018-ci ildən "Edmonton" klubunda çıxış edirdi.