Sportnet.az xəbər verir ki, ilin ilk cədvəlində Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.
Qadınlardan ibarət millimiz 112,41 xalla dünyanın 31-ci komandasıdır. Faiq Qarayevin yetirmələri son siyahı ilə müqayisə mövqeyini qoruyub.
Qadın yığmaların cədvəlinə Türkiyə başçılıq edir. Onların aktivində 397,46 xalı var. Qardaş ölkəni ABŞ izləyir (358,62 xal). “Üçlüy”ü Braziliya qapayır – 352,55 xal.
Kişilərdən ibarət komandamız da geriləyib. Onlar 33,33 xalla 29 rəqiblərini özlərindən irəli buraxıblar və 75-ci yerə eniblər. Bu, reytinqdə ən çox geriləmə olub.
İlk “üçlük” isə dəyişməz qalıb. Polşa (421,14), ABŞ (390,91) və İtaliya (342,43) ön sıralarda qərarlaşıb.