1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Velosipedçimiz "Tour de Maroc"un qalibi oldu
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan "Tour de Maroc" yarışına uğurla başlayıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportnet.az-ın verilən məlumata görə, yarışın ilk mərhələsi milli komandanın üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.
148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran K. Pozdnyakov ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət velosipedçini həm də ümumi təsnifatın lideri edib. O, həmçinin sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.
İlk mərhələni "20-lik”də başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var. Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub.
Qeyd edək ki, 10 gün davam edəcək "Tour de Maroc" "Synergy Baku" üçün 3 – 7 mayda keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.