1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İSMA BİKES" velosipedlərinin yeni modelləri təqdim olundu
Bakıda İsmayıllı Velosiped Zavodunun istehsalı olan Azərbaycanın ilk milli velosiped brendi - "İSMA BİKES"ın yeni modellərinin təqdimat mərasimi keçirilib.
Bu barədə Sportnet.az-a zavodun daxil olduğu "Synergy Group” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə dövlət və hökümət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, peşəkar və həvəskar velosipedçilər, həmçinin velosiped satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.
Təqdimat mərasimi İsmayıllı Velosiped Zavodunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Bu zavod bir neçə ay bundan əvvəl fəaliyyətə başlayıb və onun açılışında Prezident İlham Əliyev iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.
İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal edib və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb. "Synergy Group"un icraçı direktoru İsmayıl Süleymanov bildirib ki, zavod Regionların Sosial-İqtisadi İnkişafı üzrə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində istifadəyə verilib və burada çalışanların böyük əksəriyyəti İsmayıllı rayon sakinləridir. O, zavodun məhsullarının "MADE İN AZERBAİJAN" brendi ilə istelsal olunduğunu deyərək bunu təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirib.
"Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa idmançı sayının artmasına da təkan verəcək" - deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov bildiri. Onun sözlərinə görə, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və belədə idman nəticələrinin artması da özünü çox gözlətməyəcək.
Son illər velosipeddən ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi istifadə hallarının artdığına toxunan S. Ələkbərov bunun insanların, xüsusilə gənclərin sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını deyib və yaxın gələcəkdə yeni velosiped yollarının salınması təcrübəsinin geniş yayılmasının vacibliyini də vurğulayıb.
"İSMA BİKES" markalı velosipedlər bazara yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb. Məsələn, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə olduqca sıx əməkdaşlıq edən, "Olympic Moves Azerbaijan" hərəkatına yaxından dəstək verən, dünyanın ən məşhur brendlərindən olan "Coca-Cola" şirkəti ilə İsmayıllı Velosiped Zavodu arasında artıq 200 ədəd velosipedin alınması ilə bağlı müqavilə imzalanıb. Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəliblər.
Tədbirdə zavodun direktoru Elçin Qəhrəmanov istehsal prosesi, bazara çıxarılan yeni velosipedlər barədə ətraflı məlumat verərək qonaqları yeni modellərlə tanış edib. Qeyd edək ki, yeni "İSMA BİKES" velosipedləri iyulun 12-nə qədər "Park Bulvar" AVM-də sərgilənəcək.