1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Velosipedçimiz Avstriyada 3-cü oldu
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun üzvləri Avstriyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Grand Prix Südkärnten” veloyürüşündə mübarizə aparıblar. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 1 günlük yarışda komanda üzvlərimizdən ən yüksək nəticəyə Markus Eybeger imza atıb.
Velosipedçimiz starta çıxan 174 iştirakçı arasında 3-cü yeri tutub. O, 193.6 km məsafəni qaliblə eyni vaxtda – 4 saat, 28 dəqiqə, 21 saniyəyə bitirib və fotofinişə əsasən 3-cü nəticə göstərib.
Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov finişi qalibdən 46 saniyə sonra keçən pelotonun içərisində olub.
Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda mübarizə aparıb.