Azərbaycanın ilk peşəkar kontinental
velosiped komandası "Synergy Baku”nun üzvləri Avstriyada keçirilən 1 günlük
"Judendorf” Qran-Prisində iştirak ediblər.
Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən
məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə
komandamızın heyətində Samir Cəbrayılov, Tural İsgəndərov, Aleksandr
Surutkoviç, Yan Sokol, Markus Eybeger, Maksim Averin və Konnor McConvey mübarizə
aparıb.
174 km-lik yürüş Markus Eybeger finiş xəttini qalibdən 7 saniyə gec keçməklə, 3-cü yeri tutması ilə nəticələnib. Qeyd edək ki, "Judendorf” Qran-Prisində ümumilikdə 13 komandanın tərkibində 131 velosipedçi mübarizə aparıb.