İranda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour of İran" veloyürüşü start götürüb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 18 yığma və klub komandasının qatıldığı yarışda ölkəmizi 6 velosipedçi təmsil edir.
Yürüşün Təbrizdən Urmiyaya qədər olan 144.4 km-lik ilk mərhələsində velosipedçilərimizdən ən yüksək nəticəyə "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin Əsədov imza atıb. O, finişi 2 saat, 52 dəqiqə, 29 saniyəyə keçən pelotonun içərisində yer alıb və fotofinişə əsasən 21-ci olub. İsmayıl İlyasov isə eyni vaxt göstəricisi ilə 29-cu yeri tutub.
Urmiyadan Culfaya qədər olan 210.3 km-lik 2-ci mərhələdə də Elçin Əsədov komanda yoldaşlarından daha yaxşı çıxış edib. O, mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da 14-cü yeri tutub - 5 saat, 8 dəqiqə, 42 saniyəyə.
2 mərhələdən sonra liderə 16 saniyə uduzan Əsədov ümumi sıralanmada 14-cüdür.
Qeyd edək ki, yarışa iyunun 22-də yekun vurulacaq.
Qeyd edək ki, yarışa iyunun 22-də yekun vurulacaq.