Bu gün Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu 2-ci yoxlama oyununda qüvvəsinı sınayıb. Sportnet.az-ın məlumatına görə, cənub təmsilçisi yerli "Kasımpaşa" klubu ilə qarşılaşıb və 0:2 hesabı ilə yenilib.
14-cü dəqiqədə "Xəzər Lənkəran"ın yeni transferi Pavel Kapsa rəqibin penalti zərbəsini qaytarıb.
Qeyd edək ki, ilk yoxlama matçında "Niğdespor"la qarşılaşan "Xəzər Lənkəran" 1:0 hesabı ilə qalib gəlib.
14 iyul
Yoxlama oyunu
"Kasımpaşa" – "Xəzər Lənkəran" 2:0
Qollar: Malki Büyüksal, 42, 44
"Xəzər Lənkəran": Pavel Kapsa, İlyas Səfərzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya.
"Kasımpaşa": Ramazan Kösə, Ərhan Kartal, Veysəl Sarı, Mərt Kula, Fərhat Kiraz, Rayan Donk, Andre Kastro, Tunay Torun, Oskar Skarione, Sanharib Malki, Ərən Dərdiyok.