1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tale Heydərov Qriqorçukla centlmen anlaşmasını açdı
"Qəbələ" rəhbərliyi ilə baş məşqçi Roman Qriqorçuk arasında centlmen razılaşması əldə olunub. Sportnet.az-ın Ukraynanın "2+2" telekanalına istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis top-klublardan dəvət alacağı halda, komandanı tərk edə biləcək.
Rəhbərlik Qriqorçukla uzun müddət çalışmaqda israrlı olduğunu bəyan edib. Vitse-prezident Fariz Nəcəfov 10 il ərzində axtardıqları baş məşqçini məhz indi tapdıqlarını açıqlayıb. Klub prezidenti Tale Heydərov isə təcrübəli mütəxəssisin hələ Ukraynaya dönməyi planlaşdırmadığını düşünür: "Amma nə vaxtsa Roman İosifoviçin belə bir arzusu olsa, qərar onundur. Amma biz hər şeyi edəcəyik ki, o, bizimlə qalsın".
Heydərov Qriqorçukun rəhbərliyi altında Avropa Liqasında əldə olunan nailiyyəti çox böyük uğur adlandırıb: "Açığı, bir mövsüm ərzində 3 mərhələ keçəcəyimizə inanmırdım. Amma biz buna nail olduq. Fikrimcə, bu, çox böyük uğurdur".
Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"yə 2014-cü il dekabrın 18-də baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasını bürünc medalla başa vurub. Avropa Liqasında isə bu klub "pley-off" mərhələsinə yüksəlib. Qrup mərhələsinə yüksəlmək üçün "Qəbələ" Yunanıstan "Panatinaikos"unu üstələməlidir. Oyunlar avqustun 20-də Bakıda, avqustun 27-də isə Afinada olacaq.