
Çempionlar Liqasının D qrupunda "Mançester Siti" (İngiltərə) və "Sevilya" (İspaniya) komandaları arasında keçirilmiş görüşdən öncə ölüm hadisəsi baş verib. Sportnet.az-ın "The Telegraph"a istinadən məlumatına görə, hadisə iki komanda azarkeşləri arasında yaranan münaqişə zamanı olub.
Mançester şəhərinin şimal hissəsində üz-üzə gələn azarkeşlər bir-birlərinə ərazidə olan restoran və kafelərdəki oturacaqlar və butulkalarla hücum ediblər. Nəticədə xəsarət alan azarkeşlərdən biri dünyasını dəyişib. Polisin hadisəyə müdaxiləsindən sonra ara sakitləşib.
"The Guardian" nəşri isə 5 nəfərin həbs olunduğunu bildirib.