"Neftçi" Azərbaycan Kubokunu klub prezidenti Sadıq Sadıqova bazada təqdim edib. Sportnet.az-ın məlumatına görə, bununla bağlı təşkil olunan tədbirdə Sadıqov futbolçularla ayrı-ayrılıqda görüşərək, onları təbrik edib.
Kapitan Rəşad Sadiqov medalını çıxararaq, klub prezidentinin boynundan asıb. Sadıqov isə keçirdiyi hissləri belə anlatıb: "Biz bir daha sübut etdik ki, Azərbaycanda ən birincilərdən birincisi elə "Neftçi"dir. Yenə deyirəm, biz sübut elədik! Bəxt amili də, Allah da bizim tərəfimizdə oldu. Düzdür, penaltilər seriyasına hamı lotereya kimi baxır. Buna baxmayaraq, uşaqlar çox əzmkar oynadılar. Sağ olsunlar gənc futbolçularımız! Belə deyək, özlərini öldürdülər. Onlar təcrübəlilərlə birgə meydanda can qoydular".
Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun final matçında "Qəbələ"ni penaltilər seriyasında yenib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |