
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ" "Xəzər Lənkəran"ı qəbul edib. Sportnet.az-ın məlumatına görə, qarşılıqlı hücumlar şəraitində matçda qalib müyyənləşməyib.
Oyunun 46-cı dəqiqəsində Cavid Hüseynovun qolu ilə meydan sahibləri hesabı açsalar da, 83-cü dəqiqədə Deyan Blajevski hesabı bərabərləşdirib. Matç bu hesabla da başa çatıb.
Sportnet.az oyunun icmalını təqdim edir: