Amerikada güləş üzrə peşəkar yarışlar təşkil edən kompaniyanın şou xarakterli növbəti tədbiri qalmaqalla yadda qalıb. Sportnet.az-ın məlumatına görə, "Biq Şou"da Rusiya bayrağı təhqir olunub.
Canlı yayımda şou xarakterli döyüş zamanı səhnədə yer alan cüssəli idmançı rinqin üzərindən asılmış böyük Rusiya bayrağını dartaraq yerə tullayıb. Tamaşaçıların gülüşünə səbəb olan hadisə anbaan qeydə alınıb və interdə yerləşdirilib. Sosial şəbəkələrdə, xüsusən Rusiya mətbuatında ciddi rezonans doğuran hadisə Rusiya xalqına təhqir kimi qəbul olunub.
Qeyd edək ki, təşkilat komitəsi baş vermiş xoşagəlməz olaya görə ruslardan üzr istəyib.