
Bazar günü "Qarabağ”a qarşı keçiriləcək matç "Xəzər Lənkəran"ın bir oyunçusu üçün xüsusilə əlamətdar olacaq. Sportnet.az-ın məlumatına görə, rumıniyalı müdafiəçi Adrian Skarlatake meydana çıxacağı təqdirdə ağ-yaşıl formada 100-cü oyununu keçirəcək.
Futbolçu Cənub təmsilçisinə gəlişi və hissləri haqda klubun rəsmi saytına danışıb. Skarlatake özünü "Xəzər Lənkəran"da xoşbəxt hiss etdiyini deyib: