1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Barselona"dan daha bir kubok
Futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, "Barselona" klubudur.
Kataloniya təmsilçisi finalda "Atletik"i 3:1 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Lionel Messi dubl (dəq. 20; 74) edib. Daha bir qolu Neymar (dəq.36) vurub. "Atletik"dən isə İnaki Ulyams (dəq. 80) fərqlənib.
Bununla da "Barselona" çempionluğun ardından ölkə kubokuna da yiyələnərək, "qızıl dubl" edib. İyunun 6-da isə bu komanda İtaliya "Yuventus"unu Çempionlar Liqasının finalında yenə bilsə, "het-trik"ə imza atacaq.