
Azərbaycan çaparı Camal Rəhimov İspaniyanın Valensiya şəhərində keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda mübarizəyə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 28 yaşlı idmançı 13 mərhələdən ibarət 2 ulduzlu reytinq turnirinin ilk mərhələsini uğurla dəf edib.
Bununla da Rəhimov maksimal 50 xalı toplayıb. Çaparımız daha 12 mərhələni keçməklə, xallarının sayını artıraraq, olimpiadaya lisenziya qazanmağa çalışacaq.
