Ümumdünya Antidopinq Agentliyi (WADA) 18-19 martda Bakıda keçirilməsi planlaşdırılan Avropa üzrə Regional Simpoziumunu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, simpoziumdan əvvəl paytaxtda təşkili nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsi qərara alınıb.
WADA açıqlamasında ev sahibləri - Gənclər və İdman Nazirliyi ilə AMADA-nın göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb.
Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.










































































