Azərbaycan Basketbol Liqasında (ABL) 19-cu turun görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Gəncə" - "Sabah" (73:87)
"Abşeron Lions" - "Neftçi" (107:86)
NTD - "Şəki" (101:84)
B qrupu
"Naxçıvan" - "Sərhədçi" (83:67)
"Sumqayıt" - "Ordu" (98:121)
"Lənkəran" - "Quba" (88:95)
Qeyd edək ki, müntəzəm mövsümün sonuna bir tur qalmış, reqlamentə əsasən, "Sabah", "Abşeron Lions", "Neftçi" və "Ordu" klubları birbaşa pley-offa (1/4 final) vəsiqəni təmin ediblər.























































































