Braziliyanın Minas Jerays ştatı çempionatının "Kruzeyro" və "Atletiko Mineyro" komandaları arasındakı final matçı böyük qalmaqalla yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, görüşün son saniyələrində baş vermiş toqquşma final fitinin ardından kütləvi davaya çevrilib.
Dava nəticəsində 23 futbolçu qırmızı vərəqə alıb. Münaqişədə Mateo Kassyerra, Halk və Jerson kimi tanınmış futbolçular da iştirak edib və onlar da meydançadan kənarlaşdırılıb.
Matç "Kruzeyro"nun 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Davaya baxmayaraq, kubokun təqdim edilmə mərasimi plan üzrə keçirilib.













































































