
"Oyun təkcə mənim üçün deyil, bütün komanda üçün uğurlu alındı". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ruslan Qurbanov Ukrayna "Volın"ı ilə yoxlama matçından sonra deyib.
Gənc hücumçu 4:3 hesabı ilə qalib gəldikləri oyundan razılıq ifadə edib: "Görüşdə sürət var idi, yaxşı oynadıq. Sevinirəm ki, qələbə qazana bildik".
Qarşıda "Neftçi"ni yanvarın 23-də Rumıniya "Petrolul"u ilə son yoxlama matçı gözləyir. Qurbanov artıq ideal formanı yığmağa başladıqlarını bildirib: "Axırıncı hazırlıq oyunundan sonra çempionata hazırlıq başlayır. Günbəgün ideal formanı yığırıq. Ümidvaram ki, mövsümün ikinci yarısına yaxşı başlayacaq, özümüzü yaxşı tərəfdən göstərəcəyik".