Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarımfinala birinci vəsiqənin taleyinə Zirə İdman Kompleksinin stadionunda yerli komanda ilə "Sumqayıt" arasındakı qarşılaşmada aydınlıq gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 27-ci dəqiqədə Davit Volkov açıb. 84-cü dəqiqədə Nikola Ninkoviç birbaşa qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub. 88-ci dəqiqədə isə Ceyhun Nuriyev matçda son nöqtəni qoyub.
İlk görüşdə qolsuz heç-heçə qeydə alındığından, “Zirə” iki oyunun yekununda yarımfinala yüksəlib.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin yarımfinalda rəqibi "Kəpəz" - "Turan Tovuz" cütünün (İlk matç - 0:1) qalibi olacaq.
3 mart (çərşənbə axşamı)
19:00. “Zirə” – “Sumqayıt” - 2:0
Qollar: Davit Volkov, 28; Ceyhun Nuriyev, 88
Sarı vərəqələr: İsmayıl İbrahimli, 58 (qeyri-idman hərəkəti) // Höccət Haqverdi, 69 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 76 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Nikola Ninkoviç, 83 (ciddi qayda pozuntusu)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 600 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov (30. Rikardo Martins, 76) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov (28. Leroy Mikels, 90+1) 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 63) 5. Ange Mutsinzi 11. Junior Martins (22. Eren Aydın, 63) 17. Ayron Qomis (93. Brahim Konate, 76)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 26. Stefan Aka 20. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) (6. Sedrik Badalo, 63) 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 95. Nsana Simon (10. Nikola Ninkoviç, 63) 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini (72. Rayan Senhadji, 66)
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
İlk oyun - 0:0.



















































































