Formula 1 üzrə 2026-cı il mövsümünün ikinci mərhələsi – Çin Qran Prisi başa çatıb.
Sportnet.az xəbər verir ki, Şanxay beynəlxalq trasında keçirilmiş əsas yarışın qalibi "Mercedes" pilotu Andrea Kimi Antonelli olub.
İtaliyalı sürücü komanda yoldaşı Corc Rasselli geridə qoyaraq birinci pilləni tutub. Üçüncü yeri isə "Ferrari"dən Lüis Hemilton əldə edib.
O, Formula 1 tarixində ən gənc qaliblər siyahısında ikinci yerə yüksəlib. 19 yaş 202 günlüyündə ilk dəfə Qran-pridə qalib gələn Antonelli bu göstərici ilə çempionat tarixində ikinci ən gənc qalib olub. Rekord isə Maks Ferstappenə məxsusdur. "Red Bull" pilotu 2016-cı ildə İspaniya Qran Prisində 18 yaş 228 günlüyündə qələbə qazanaraq tarixə düşüb.
Üçüncü pillədə isə Sebastyan Fettel qərarlaşıb. Almaniyalı sürücü 2008-ci il İtaliya Qran Prisində "Toro Rosso" ilə 21 yaş 73 günlüyündə qalib gəlib.
Dördqat dünya çempionu Maks Ferstappen yarışı başa vura bilməyib. "Red Bull" pilotu mühərrik problemi səbəbindən finişə 10 dövrə qalmış mübarizəni dayandırıb.
Eyni aqibətlə "Aston Martin" sürücüləri Fernando Alonso və Lens Stroll da üzləşiblər.
Bundan əlavə, daha dörd pilot müxtəlif səbəblərdən yarışa start ala bilməyib.











































































