17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan milli Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Sloveniyanın Brejitse şəhərindəki eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
12 mart
Sloveniya (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Natalya Çeban (Moldova), İrina Qoliyak (Ukrayna)
Dördüncü hakim: Veronika Vasiliçenko (Ukrayna)
"Brejitse" stadionu
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Belçikaya 0:11, Sloveniya isə Farer adalarına 0:4 hesabı ilə uduzub.











































































