"Neftçi" və "Qarabağ" arasındakı Azərbaycan Premyer Liqasının XV tur matçında insident baş verib.
Sportnet.az xəbər verir ki, 27-ci dəqiqədə qonaq komandanın futbolçusu Leandro Andradenin vurduğu qoldan sonra ara qarışıb.
Andrade qolunu tribunaya tərəf qaçaraq klubun videoqrafı ilə qeyd etmək istəyib. Bu zaman o və komanda yoldaşı Kevin Medini "Neftçi" fanatlarının qəzəbinə tuş gəliblər. Fanatlar onlara plastik qablar atmağa başlayıblar.
Baş hakin Əliyar Ağayev bu davranışı "Qarabağ" futbolçularının rəqib azarkeşləri təxribata çəkmə cəhdi kimi dəyərləndirib və hər iki legionerə sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda "Qarabağ" hesabda öndədir - 1:0.