"Qarabağ' və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçının hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Görüşü baş hakim Sebastyan Gishamer idarə edəcək.
noyabrın 5-də Tofiq Bəhrampv adına Respublika stadionunda təşkil olunacaq matç saat 21:45-də başlanacaq.
Baş hakim: Sebastian Gishamer
Yan xətt hakimləri: Roland Riedel, Santino Şrayner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şüttenqrüber
vAR hakiminin köməkçisi: Josef Spörni (hamısı Avstriya)
Hakim-inspektor: Stefan Yohannesson (İsveç)
UEFA nümayəndəsi: Adrian İksari (Moldova)




































































