"Çelsi" komandası "Qarabağ"la keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından əvvəl İngiltərə Premyer Liqasında X tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, "zadəganlar" London derbisində "Tottenhem"in qonağı olub.
"Tottenhem Hotspur" stadionunda keçirilmiş Qarşılaşma "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Ensto Mareskanın baş məşqçi olduğu kollektivdən 34-cü dəqiqədə Joao Pedro fərqlənib.
Bu nəticədən sonra hər iki komandanın xalları bərabərləşib. Hazırda "Tottenhem" və "Çelsi" hərəyə 17 xalla 3-4-cü yerlərdə qərarlaşıb. Turnir cədvəlinə 10 oyundan 25 xala malik "Arsenal" başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" və "Çelsi" noyabrın 5-də Bakıda üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.








































































