
Bu gün III MDB Oyunlarına yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda təşkil olunacaq bağlanış mərasimindən öncə yalnız bədii gimnastika növündə fərdi çıxışlar üzrə qaliblər müəyyənləşəcək.
Şəki Olimpiya İdman Kompleksində təşkil olunacaq mübarizə Azərbaycanın ümumi sıralamadakı yeri baxımından da önəmli olacaq. Medal sayında (178) ikinci yeri təmin etmiş təşkilatçı ölkənin medal əyarında da bu üstünlüyü qoruması məhz bədii gimnastların çıxışlarından asılı olacaq. Hazırda Azərbaycanın 33, Belarusun 32 qızıl medalı var.
Hər şeyə bu gün bədii gimnastikanın 7 ayrı-ayrı hərəkəti üzrə çıxışların yekununda aydınlıq gələcək. Yarışlar saat 12:00-dan 16:00-dək davam edəcək.
Qeyd edək ki, bağlanış mərasimi saat 19:00-da başlanacaq.