Azərbaycan Velesiped İdmanı Federasiyasında yeni təyinat olub.
Sportnet.az-ın məlumatına görə, qazaxıstanlı Vladimir Buşanski federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.
Qurumun prezidenti Zaur Axundov Buşanskini İcraiyyə Komitəsinin iclasında üzvlərə təqdim edilib.
Axundov mütəxəssisin Azərbaycanda uğurlu fəaliyyət göstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.
Qeyd edək ki, Vladimir Buşanski daha əvvəl Qazaxıstanın trek üzrə milli komandasının böyük məşqçisi olub.







































































