Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 28-ci dəqiqədə Stiv Solvet vurub.
Bununla da xalını 18-ə çatdıran "Sabah" 4-cü pilləyə yüksəlib. 5 xala malik "Qəbələ" isə 10-cu pillədə qalıb.
Azərbaycan Premyer Liqası, X tur
3 noyabr (bazar ertəsi)
19:30. “Sabah” – “Qəbələ” - 1:0
Qol: Stiv Solvet, 28
Sarı vərəqələr: Amin Seydiyev, 19 (qeyri-idman hərəkəti); Umarali Raxmonaliyev, 73 (qeyri-idman hərəkəti) - Asif Məmmədov, fasilədə (hakimin qərarına etiraz)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 600 tamaşaçı
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq
“Sabah”: 92. Stas Pokatilov 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels (10. Anatoli Nuriyev, 90+3) 21. Velko Simiç 3. Stiv Solvet 70. Cesse Sekidika (46. Aleksey İsayev, 79) 27. Timoteuş Puxaç (40. İqor Noqeyra, 90+3) 13. İvan Lepiniça (6. Abdulax Xaybulaev, 79) 33. Umarali Raxmonaliyev 19. Aron Maluda (88. Xəyal Əliyev, 70)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev 11. Kahim Parris 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev (22. Fərid İsgəndərov, 83) 10. Şahin Şahniyarov (27. Eşqin Əhmədov, 46) 50. Adriel Ba Loua 3. Eduardo Kunde (74. Süleyman Damadayev, 32) 42. Jondo Fuxs (12. İbrahim Sanqare, 74) 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu (97. Elşad Tağıyev, 83)
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Karvan-Yevlax"a 3:2, "Qarabağ" evdə "İmişli"yə 2:0, "Neftçi" "Kəpəz"ə 5:1, "Turan Tovuz" "Şamaxı"ya 2:1, "Sumqayıt" "Araz-Naxçıvan"a 3:2 hesabı ilə qalib gəlib.
-------------------
Bu gün Azərbaycan Premyer Liqasında X turun son oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" və "Qəbələ" komandaları üz-üzə gələcək.
Baş hakim Fərid Hacıyevin idarə edəcəyi görüş saat 19:30-da başlanacaq.
Hazırda "Sabah" 8 oyundan 15 xalla 6-cı, "Qəbələ" 9 görüşdən 5 xalla 10-cu yerdə gedir.
Bu komandalar indiyədək 23 dəfə üz-üzə gəlib. Oyunların 13-dən Sabah", 7-dən "Qəbələ" qələbə ilə ayrılıb, cəmi 3 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Masazır təmsilçisi öndədir - 38:22. “Qəbələ” son üç oyunda qol vurub. “Sabah” son 5 ev matçında qalib gəlib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Karvan-Yevlax"a 3:2, "Qarabağ" evdə "İmişli"yə 2:0, "Neftçi" "Kəpəz"ə 5:1, "Turan Tovuz" "Şamaxı"ya 2:1, "Sumqayıt" "Araz-Naxçıvan"a 3:2 hesabı ilə qalib gəlib.











































































