
Rəşad Əbdürəhmanov üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis fəaliyyətini Azərbaycan Üzgüçülük Federasiyasında müşavir kimi davam etdirəcək.
Əbdürəhmanov 12 il ərzində millinin baş məşqçisi olub. O, həm də Azərbaycan İdman Akademiyasının professorudur.