
Azərbaycanın paraatleti Kamran Zeynalov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, paraatıcımız 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P1) yarışında 235,6 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, Kamran Zeynalov bundan öncə qitə birinciliyində Aybəniz Babayeva ilə birlikdə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) gümüş medal, həmçinin 50 metr məsafəyə tapançadan atəş açmada (P4) 221,6 xalla daha bir gümüş medal əldə edib.