Azərbaycan Premyer Liqasının X turunda “Şamaxı” səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki Qarşılaşmadan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
“İlk növbədə ‘CBC Sport’u yubileyi münasibətilə təbrik edirəm.
Oyun çətin keçdi. Meydançanın bu vəziyyətdə olacağını gözləmirdik. Belə ağır şəraitdə güclü mübarizə aparmaq lazım idi. Məncə, hər iki komanda bir xala layiq idi. Futbolçularıma oyuna görə təşəkkür edirəm, həmçinin Tovuz azarkeşlərini də qələbə münasibətilə təbrik edirəm.
Meydançaya heyfim gəldi, çox əziyyət çəkiblər.
Edqar yavaş-yavaş formaya düşür. Oynatmaq istəyirdim, amma risk etmədim.
Milli komanda ilə bağlı suallara isə cavab verməyəcəyəm. Digər məşqçilər deyirlər ki, ‘Ayxan millidən çox danışır, mətbuat konfransları uzun çəkir’.”







































































