
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən "Neftçi" - "Kəpəz" oyununda meydan sahiblərinin bir qrup azarkeşi klub rəhbərliyini istefaya səsləyib.
Sportnet.az xəbər verir ki, fanatlar fasilələrlə "Rəhbərlik, istefa" qışqırırlar.
Bundan əvvəl baş məşqçi Elxan Abdullayevi hədəf alan azarkeşlər onun istefasından sonra rəhbərliyin getməsini tələb edirlər.