Monako halqası digər halqalardan fərqlənir.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, bunu "Mercedes"in pilotu Valtteri Bottas Monako Qran-prisi haqqında fikirlərini açıqlayarkən deyib. Finlandiyalı pilot bildirib ki, bu dəfəki yarışda ilk pillələrdən birinə sahiblənmək istəyir:
"Monako halqası unikal trasdır. Burada müvəffəqiyyət əldə etmək üçün daha güclü bolidə sahib olmalısan. Bizim komanda Monakoda yaxşı çıxış edib-etməyəcəyini deyə bilmərəm, amma biz Barselonada çox güclü idik. Bu səfərki yürüşün qalibi olmaq mənim üçün əsas məqsədlərdən biridir, çünki mən buraya yaxın ərazidə böyümüşəm və burada qalib olmaq çox gözəl olardı".
Qeyd edək ki, Monako Qran-prisi 24 - 26 mayda keçiriləcək.