Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən ASAPES Gold radiosunun layihəsi olan "Media Sektoru" yeni mövsümə start verib.
Sportnet.az bər verir ki, layihən eyni zamanda TV versiyada da izləyicilərin ixtiyarındadır. Yeni mövsümün açılışında ilk qonaq isə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Günay Malikqızı olub. O, "Olimpiya oyunlarında Azərbaycan mediası" mövzusu üzrə müzakirələrdə yer alıb, maraqlı fikir mübadiləsi aparılıb.
Qonaq MOK-da işə təyin olunandan bu vaxta qədər startı verilən layihələrdən, gələcək planlardan, o cümlədən idman mediasından danışıb. Günay Malikqızı söhbət əsnasında "Tokio-2020" çərçivəsində Yaponiyaya səfər təəssüratları barədə də məlumat verib.