Türkiyənin Antalya bölgəsində "Qəbələ" və Çexiya “Bohemians"ı arasında keçirilən yoxlama oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, hadisəyə rəqib komandanın müdafiəçisi Yevgeni Nazarovun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Fernan Lopesə qarşı kobudluğu səbəb olub. Oyunçular arasında mübahisənin böyüməsinə komanda yoldaşları imkan verməyib.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və "Qəbələ" hesabda geridədir - 1:3.