
Özbəkistan və Qazaxıstandakı beynəlxalq turnirlərdə medal qazanmış velosipedçilərlə görüş keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasında təşkil olunmuş tədbirdə qurumun I vitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.
Yarışlarda yüksək nəticə göstərmiş idmançıların federasiya prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılması ilə bağlı qərar qəbul edildiyini bildirən Ələkbərov Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc medal qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medala layiq görülmüş Məryəm Hüseynovaya mükafatları təqdim edib.