Rumıniyanın Piteşti şəhərində atletika üzrə Balkan çempionatının ilk günündə Türkiyə yığması 3 qızıl, 5 gümüş, 4 bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, qızıl medallardan birinə Azərbaycan milli komandasından imtina etmiş Ramil Quliyev sahib olub.
Quliyev 100 metr məsafəni 10.24 saniyəyə qət edib. Onun geridə qoyduğu atletlər arasında komanda yoldaşı İzzət Səfər də olub. Səfər 10.42 saniyə nəticə ilə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Ramil Quliyev Azərbaycan millisində çıxış etdiyi vaxt 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qatılıb, 2009-cu il dünya çempionatında finalçı, Ümumdünya Universiadasında isə 20,04 saniyə nəticə ilə qızıl mükafatçı və gənclər arasında Avropa rekordunun müəllifi olub. O, 2011-ci il aprelin 4-dən Türkiyə vətəndaşlığını qəbul edərək, qardaş ölkəni təmsil etməyə başlayıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |