1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Quliyev Avropa çempionu oldu
Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb. Bununla da Quliyev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionluğuna sahib çıxıb.
Qeyd edək ki, Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.