
İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, dekabrın 7-də start götürəcək yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı atletlər körpücük üzərinə çıxacaqlar:
Qızlar: Aişə Əliyeva, Selcan Qarayeva, Rəhilə Hüseynova, Leyla Qurbanlı.
Oğlanlar: Kənan Rəhimov, Qasım İsmayılov, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Əvəz Tağıyev, Tehran Məmmədov, Rüstəm Qasımov, Ömər Cavadov, Samir Əskərzadə, Həsənağa Sahibov, İsa Həsənli, Tarmenxan babayev, Əli Şükürlü, Rəhman Kazımov.
Ədalət təmsilçisi olaraq İsraildə Azərbaycanı beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək. Yarış dekabrın 14-dək davam edəcək.