Albaniyanın paytaxtı Tiranada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycanın yeganə təmsilçisi Dadaş Dadaşbəyli mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, 102 kq çəki dərəcəsində yer alan Dadaşbəyli birdən qaldırma hərəkətində 172 kq-ı ram edib. Lakin o, ağırlığı qaldırarkən qolundan zədə alıb.
Nəticədə azərbaycanlı atlet təkanla qaldırma mərhələsinə qatıla bilməyib.
Qeyd edək ki, Avropa çempionatına 39 ölkədən 289 atlet (145 qadın + 144 kişi) qatılıb.