1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" qalibləri üçün iki mühüm yarış
Bu gün taekvondo üzrə Azərbaycan milli komandası Çənubi Koreyanın Munqyeonq şəhərində təşkil edilən VI Dünya Oyunlarına yollanıb. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Oyunlarda 7 taekvondoçu mübarizə aparacaq.
Baş məşqçi Reza Mehmandustun rəhbərliyi altında dünya və Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Radik İsaev (+87 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Sina Bahrami (63 kq) və Məcid Sofiyev (54 kq) tatami üzərinə çıxacaq. Qadın idmançılardan isə Avropa Oyunlarının bürünc mükafatçısı Patımat Abakarova (49 kq) və Marina Tedeyeva (67 kq) qüvvələrini sınayacaq. Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Vəlibəyov təmsil edəcək.
Dünya Oyunları başa çatandan sonra millimizin 4 üzvü - Abakarova, Tedeyeva, İsayev və Tağızadə birbaşa Qran Pri yarışlarının növbəti mərhələsinin keçiriləcəyi Mançester şəhərinə yollanacaq. Oktyabrın 16-da start götürəcək Qran Pri üç gün davam edəcək.