Gənclər və idman naziri
Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Sportnet.az-ın
məlumatına görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və
Yardımlı rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində
(Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün
vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər
və idman idarələri ilə əlaqə saxlamalıdırlar. (AGİN mətbuat xidməti)