O, nə federasiya, nə də klub rəhbərliyini qərarı barədə xəbərdar edib. Nəticədə hər iki komanda ağır vəziyyətdə qalıb və təcili yeni baş məşqçi axtarışına çıxıblar. Qeyri-rəsmi informasiyalara əsasən, bu vəzifəni millimizin sabiq qapıçısı Andrey Tveryankin tutacaq. Joze Alesionun isə Qazaxıstan "Kayrat"ına baş məşqçii təyin olunacağı gözlənilir.
Qeyd edək ki, bir müddət öncə Joze Alesio da Silvanın məhz "Kayrat"a baş məşqçi təyin olunacağı barədə xəbərlər yayılmışdı. Lakin həmin vaxt həm baş məşqçi, həm də federasiya rəhbərliyi bu şayiələri təkzib etmişdi.