Keçmiş “Fənərbağça” prezidenti Aziz Yıldırım klubda keçiriləcək növbədənkənar seçkili ümumi yığıncaqda namizədliyini irəli sürdüyünü açıqlayıb.
Sportnet.az xəbər verir ki, o, yazılı açıqlamasında klubun gələcəyindən narahat olduğu üçün bu qərarı verdiyini bildirib.
Sabiq klub prezidenti qeyd edib ki, camiədən gələn çağırışları nəzərə alaraq prezidentliyə namizəd olub.
Təcrübəli funksioner digər namizədlərə də birlik çağırışı edib. O, Barış Göktürk və Hakan Safi başda olmaqla bütün namizədləri birgə hərəkət etməyə dəvət edib.
O vurğulayıb ki, klub mövcud çətinliklərdən yalnız birlik və həmrəylik sayəsində çıxa bilər. O, həmçinin “Fənərbağça”nın hazırda həm iqtisadi, həm də idman baxımından kritik mərhələdən keçdiyini qeyd edib.
Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbağça"nın prezidenti olub.
















































































