"Neftçi"nin prezidenti Sadıq Sadıqov "Bakı" ilə yoxlama matçını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda canlı izləyib. Sportnet.az-ın məlumatına görə, Sadıqov oyuna yeni vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev və digər klub rəsmiləri ilə birgə tamaşa edib.
0:0 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra jurnalistlər ondan açıqlama istəyiblər. Klub prezidenti isə yarızarafat-yarıciddi formada reaksiya verib: "Bütün səlahiyyətlərimi vermişəm Elnura. Mənim dilim də, sözüm də Əşrəfoğludur".
Daha sonra Sadıqov mühafizəçilərinin və klubun digər rəsmilərinin əhatəsində stadionu tərk edib.
Qeyd edək ki, son günlər "Neftçi"də yeni təyinatlara start verilib. Elnur Məmmədovun kluba vitse-prezident təyinatından sonra Sadıq Sadıqovun Elxan Tağızadə ilə əvəzlənəcəyi bildirilir.
Elvin ƏHƏD
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |