O deyib: "Bu gün hər şeyi özüm etdim. Amma əsas məsələ qalib gəlmək idi. Evə uğurlu nəticə ilə qayıtmamaq biabırçılıq olardı. Çünki biz heç vaxt indiki kimi olmamışıq. Üstəlik, bizi xüsusi qarşılayan Palermo buna layiq deyildi".
Komandasının xarakter nümayiş etdirdiyini deyən Kyellini birləşərək, hədəfə nail olduqlarını söyləyib. O, hücumların tamamlanması prosesini düzgün yerinə yetirmədiklərini, amma bu entuziazm və yolla davam etmələrinin gərəkliyini söyləyib.
30 yaşlı müdafiəçi avtoqol epizodunu da şərh edib: "Mən topa tərəf qaçırdım. Qapıçımız Canluici Buffondan tez çatdım. Nəticədə top mənə dəydi və tora daxil olarkən əlimə də toxundu".