"İmişli"nin müdafiəçisi Azər Salahlının "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Görüş haqda təəsüratlarınızı bölüşərdiniz...
- Sona qədər mübarizə apardıq. Xüsusilə də ilk hissədə "Qarabağ" kimi komandaya qarşı yaxşı müqavimət göstərə bildik. Amma təəssüf ki, ikinci hissədə diqqətsizlikdən erkən qol buraxdıq. Buna görə də komandada ruh düşkünlüyü yarandı və sonda məğlub olduq.
- "İmişli" ilə müqaviləniz başa çatır. Komandada qalmaq fikriniz varmı?
- Əslində müqaviləmdə 1+1 bəndi var. Sadəcə olaraq mövsümün sonuna hələ bir oyun qalıb. Sonda klubla bu barədə danışacağıq.
- Bu mövsüm "İmişli"nin əsas hədəfi liqada yerini möhkəmləndirmək idi. Bəs gələn mövsüm üçün əsas hədəf nə olacaq?
- Hələlik bu haqda danışmaq çox tezdir. Çünki hələ çempionat bitməyib. Mövsüm başa çatandan sonra istirahət etmək lazımdır. İstirahətdən sonra artıq bu haqda danışmaq olar.
Mikayıl HACIYEV








































































