1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev danışdı
"Bura qələbə üçün gəlmişik. Bilirik ki, 4 gün ərzində 2 oyun keçirmək çətindir”. Bunu AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə sabah Osiyekdə keçiriləcək oyunu öncəsi Azərbaycan millisinin futbolçusu Kamran Ağayev deyib.
O bildirib ki, hamı istəkli oynasa, nəticə əldə etmək olar: "2 gün öncə İtaliyaya qarşı oynamışıq. Bu müddətdə çox məşq etmək də mümkün deyil. Nəticə hər cür ola bilər. Necə olacağını Allah bilir. Psixoloji cəhətdən hazırammı? Bu futboldur. Hamı səhv edə bilər. Səhvsiz insan yoxdur. Futbolda belə hallarla çox qarşılaşmışam və bütün bunlar keçmişdə qalıb. Biz hələ xorvatlara qarşı oynamamışıq. Onlara qarşı hansı heyətlə çıxış edəcəyimizi bilmirik. Taktiki baxımdan necə oynayacağımızı baş məşqçi müəyyənləşdirəcək. Xarakter isə hər futbolçuda başqadır. Futbol kollektiv oyundur. Dəfələrlə sübut etmişik ki, hamı istəkli oynasa, nəticə qazana bilərik” (apasport.az).